Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

 Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi
  31 Dekabr 2020    Oxunub:1282
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb.
Azvision.az xəbər verir ki, sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilib.

Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  






Xəbər lenti