Şəhid ailələri üçün aylıq təqaüd 500 manat oldu

Şəhid ailələri üçün aylıq təqaüd 500 manat oldu
  31 Dekabr 2020    Oxunub:3269
Şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği artırılıb.

Azvision.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.

İndiyədək təqaüdün məbləği 300 manat idi.

Eyni zamanda, hər şəhidə görə onun ailəsinə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, 20 Yanvar şəhidinin ailəsi üçün və bu Fərmanın 1-ci bəndi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri, ən yüksəyi verilir.

Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azvision.az


Teqlər: Şəhid   Ailə   Təqaüd  






Xəbər lenti