ABŞ-da smartfonlar oyun konsollarından populyardır
AzVision.az “Vesti.ru”- ya istinadən xəbər verir ki, orta hesabla bir amerikalının payına dörd qurğu (adətən bu, HDTV-televizor, fərdi kompüter və smartfondur) düşür. Onların 29 faizi planşet kompüter sahibidir və bu göstərici son iki ildə 5 faiz artıb.
Mobil qurğuların populyarlığının artması ABŞ sakinlərinin boş vaxtlarını necə keçirməsinə təsir edib. “Nielsen”in məlumatına görə, 2014-cü ildə ölkə sakinləri internetdə əlavə və saytlara baxmağa ayda orta hesabla 34 saat sərf ediblər. Fərdi kompüterlər üçün analoji fəaliyyət 27 saatadək azalıb.
2013-cü ildə ümumilikdə dünya bazarına 1 milyarddan çox smartfon tədarük edilib. “IDC” analitik şirkətinin hesablamasına görə, ötən il smartfonların tədarük həcmi 2012-ci illə müqayisədə 38,4 faiz artıb.
Teqlər: