Şahin şəhidlik zirvəsinə yüksəlməzdən əvvəl çəkdiyi videosu ilə diqqət mərkəzinə düşmüşdü. O, həmin videoda həyat yoldaşı Kəmalə Allahyarovaya müraciət edərək şəhid olacağı halda, yeni doğulacaq övladına öz adının verilməsini vəsiyyət etmişdi. Bu, Şahin Allahyarovun ikinci övladıdır. Qızı Aksananın iki yaşı var.
Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb və “Vətən uğrunda” medalı ilə təltif edilib. (AzərTAc)




Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


