“Bizim qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Üç yüzdən çox şəhər və kəndlərimizi işğaldan azad edəndən sonra, qədim Azərbaycan şəhəri, hamımız üçün doğma olan Şuşanı və ardınca bir çox kəndləri azad edəndən sonra düşmən tam təslim oldu, kapitulyasiya aktına imza atdı və işğalda olan digər torpaqlardan geri çəkilməyə məcbur oldu”, - deyə dövlətimizin başçısı bildirib.
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik təsdiqləndi |
Prezident qeyd edib ki, Azərbaycanın Ermənistanı məğlub etdiyini bütün dünya gördü, bu, dünyanın gözü qarşısında baş verdi. “Heç kimi bizi dayandıra bilmədi. Demişdim ki, sona qədər gedəcəyik, tarix versinlər bizə, tarix versinlər ki, işğalçı Ermənistan dövləti bizim torpaqlarımızdan nə vaxt çıxacaq. Tarix veriləndən sonra biz hərbi əməliyyatlarımızı dayandırdıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azvision.az