İlham Əliyev: “Bizim xalqımıza qələbə yaraşır”
“Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident müraciətini bu sözlərlə tamamlayıb: “Əziz bacı-qardaşlarım, sizi Yeni il münasibətilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqını böyük Zəfər münasibətilə təbrik edirəm. İstərdim ki, Yeni il ərəfəsində hamımız birlikdə bizi Qələbəyə aparan şüarı deyək: Qarabağ Azərbaycandır!”
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev







Vaxtında, Aydın, Lazımlı!


