Bu il 2 Günəş, 2 Ay tutulması baş verəcək

Bu il 2 Günəş, 2 Ay tutulması baş verəcək
  01 Yanvar 2021    Oxunub:1048
Bu il 4 tutulma hadisəsi - 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Azvision.az -a verilən məlumata görə, 2021-ci ilin birinci Günəş tutulması iyunun 10-da saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Həlqəvarı Günəş tutulmasının maksimumu 14:43:06-da olacaq. Günəş tutulmasının həlqəvarı fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali/Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

İkinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Bu, tam Günəş tutulmasıdır. Onun maksimumu 11:34:38-də olacaq. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisələri Azərbaycanda müşahidə olunmayacaq.

İlin birinci Ay tutulması mayın 26-da 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Bu, tam Ay tutulmasıdır. Onun maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq. İkinci Ay tutulması noyabrın 19-da saat 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Bu, qismən Ay tutulmasıdır. Onun maksimumu 13:02:55-də olacaq. Hadisə Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean, Avstraliyada müşahidə olunacaq.

Hər iki tutulmada Ay üfüqdən aşağıda olduğuna görə hadisələr Azərbaycanda müşahidə olunmayacaq.

Azvision.az


Teqlər: Günəş   Ay   Tutulma  






Xəbər lenti