Koronavirusla mübarizəyə 261 milyon manat ayrılıb

   Koronavirusla mübarizəyə 261 milyon manat ayrılıb
  01 Yanvar 2021    Oxunub:1190
Cari ilin dövlət büdcəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə 261 milyon manat vəsait ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 31 dekabr 2020-ci il tarixli fərmanda qeyd olunub.

Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla nəzərdə tutulan vəsaitin bölgüsünü və həmin bölgüdə ediləcək dəyişiklikləri həyata keçirmək tapşırılıb.

Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti