Füzuli sakinləri təsərrüfatlarını doğma yurdlarında genişləndirəcəklər

Füzuli sakinləri təsərrüfatlarını doğma yurdlarında genişləndirəcəklər
  01 Yanvar 2021    Oxunub:880
44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi. Artıq onlar doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən xeyli sayda Füzuli rayonundan olan məcburi köçkünlər də var.

Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına onlar müxtəlif sahələr üzrə kiçik ailə bizneslərini qurublar. Yaratdıqları bu bizneslərini doğma Füzuliyə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.







Azvision.az


Teqlər: Füzuli   Özünüməşğulluq  






Xəbər lenti