“Təəssüf ki, anamın yanında ola bilmədim” - Bəhram Bağırzadə
“Təəssüf ki, son günlərində və dəqiqələrində mən onun yanında ola bilmədim, amma bilirəm ki, o, ağır vəziyyətinə və komada olmasına baxmayaraq, dünyəvi həyatının son anına qədər Allahdan bizim üçün, öz övladları üçün can sağlığı diləyirdi... Gedərək virusdan aldığı bütün zərbəni öz üzərinə götürdü və mənim üçün, bacım və bütün yaxınlarım üçün həyat və sağlamlıq dilədi, çünki bu dünyada Ananın duasından güclü bir şey yoxdur. Allah rəhmət eləsin!
Özünüzü qoruyun, əziz dostlar, yaxınlarınızı qoruyun, onların həyatını qorumaq üçün mübarizə aparın...", - deyə tanınmış aktyor bildirib.
Qeyd edək ki, bu gün Əməkdar artist Bəhram Bağırzadəyə ağır itki üz verib. Aktyorun anası Tahirə Bağırzadə koronavirusdan dünyasını dəyişib.
Azvision.az
Teqlər: BəhramBağırzadə







Vaxtında, Aydın, Lazımlı!


