Yanvarın 4-dək ictimai nəqliyyat işləməyəcək

Yanvarın 4-dək ictimai nəqliyyat işləməyəcək
  02 Yanvar 2021    Oxunub:1292
Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.

Azvision.az


Teqlər: Avrobus   Sərnişin  






Xəbər lenti