Narkotik çəkən, dilənən uşaqlar: 267 nəfər məsuliyyətə cəlb edildi

Narkotik çəkən, dilənən uşaqlar: 267 nəfər məsuliyyətə cəlb edildi
  02 Yanvar 2021    Oxunub:1494
2020-ci ilin birinci yarısında daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayı 2300 nəfər olub. Onlardan 291 nəfəri qızlar, 2009 nəfəri isə oğlanlardır.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslərdən 860 nəfəri 14 yaşadək, 1440 nəfəri isə 14-17 yaşda olan şəxslərdir.

Məlumatda qeyd edilib ki, ötən ilin ilk 6 ayında daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanlardan 338 nəfəri məşğulluğu olmayanlar, 342 nəfəri təhsildən yayılanlardır.

Həmçinin həmin uşaqlardan 22 nəfəri spirtli içki və başdumanlandırıcı maddələr qəbul edənlər, 3 nəfəri narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər, 46 nəfəri valideyn himayəsindən məhrum olanlar, 9 nəfəri atılmışlar və ya imtina edilmişlər, 160 nəfəri dilənçilik edənlər, 15 nəfəri küçələrdə işləyənlərdir.

Həmin uşaqlardan 267 nəfəri İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Cinayət  






Xəbər lenti