Ermənilərə 3 gün vaxt verildi: Şurnux Azərbaycana qaytarılır

 Ermənilərə 3 gün vaxt verildi:  Şurnux Azərbaycana qaytarılır
  02 Yanvar 2021    Oxunub:33587
Sünik bölgəsində (tarixi adı Zəngəzur -red) yerləşən Şurnux kəndi Azərbaycanın nəzarətinə keçir.
Azvision.az xəbər verir ki, bu barədə kəndin icma başçısı Akob Arşakyan “Facebook” hesabında bildirib.

"Hər şey bitdi. Azərbaycanlılar, ruslar və bizim sərhədçilərimiz gəldi, 5 yanvar tarixinə qədər vaxt verdilər. Kəndin ortasında postlar quracaqlar", - deyə o, əlavə edib.

Arşakyan bu məsələdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1942-ci il tarixli xəritəsinə istinad edildiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şurnux   Zəngəzur  






Xəbər lenti