870 kq-a yaxın ərzaq məhv edildi

870 kq-a yaxın ərzaq məhv edildi
  14 Fevral 2014    Oxunub:1449
İstehlaka yararsız 870 kq-a yaxın ərzaq məhsulu məhv edilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkarlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakının Binəqədi, Yasamal, Nizami rayonlarında, Sumqayıt, Şirvan, Şəki, Zaqatala, Göyçay, İsmayıllı, Masallı, Sabirabad, Ağstafa, Qusar, Tərtər, Ağsu şəhərlərində, Abşeron, Tovuz, Goranboy, Xaçmaz rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 870 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:  





Xəbər lenti