Polad Həşimovun xatirəsi anıldı

Mərasimdə Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidməti zamanı verilən tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün qüvvəsini sərf edib.
P.Həşimov Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən ötən il iyulun 14-də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Azvision.az
Teqlər: PoladHəşimov