Daha bir qazi ailəsinə yardım edildi - FOTO

Daha bir qazi ailəsinə yardım edildi -  FOTO
  03 Yanvar 2021    Oxunub:2739
Vətən müharibəsində yaralanmış Mirzəliyev Roman Aleksandr oğlunun əlilliklə bağlı sənədləşmə işləri başa çatandan sonra ona əlillik təyin olunacaq, hər ay təqaüd və müavinətlə təmin ediləcək. Ailə üzvlərinin məşğulluğuna dəstək işləri də aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a bildirilib ki, nazirliyin əməkdaşları qazinin ailəsində (Zərdab rayonu) olarkən bu barədə məlumat veriblər.

Görüş zamanı ailəyə Heydər Əliyev Fondunun ərzaq yardımı da çatdırılıb.

Roman hazırda evdə müalicəsini davam edir. Atası Aleksandr Mirzəliyevə özünüməşğulluq proqramı çərçivəsində onun üçün kiçik təsərrüfat yaradılması təklif edilib. Lakin o, ödənişli ictimai işlərdə işləmək istədiyi üçün yaxın günlərdə həmin işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb. Qazinin anasının istəyi əsasında onun da işlə təmin olunması nəzərdə tutulub.

Romanın özü müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçudur. Qardaşı Xəyyam həqiqi hərbi xidmətdədir. İki bacısı isə məktəblidir.

Ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.





Azvision.az


Teqlər: ƏƏSMN   Nazirlik   Qazi  






Xəbər lenti