Qarabağda sülhməramlıların təhlükəsizliyi gücləndirildi - VİDEO

   Qarabağda sülhməramlıların təhlükəsizliyi gücləndirildi -  VİDEO
  04 Yanvar 2021    Oxunub:1942
Dağlıq Qarabağda atəşkəsə nəzarət və monitorinqi həyata keçirən rus sülhməramlılarının müşahidə məntəqələri istehkam blokpostları ilə təchiz edilib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin müşahidəsinin aparılması üçün hazırlanıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: sülhməramlı   Qarabağ  






Xəbər lenti