Büdcədən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum oldu

   Büdcədən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum oldu
  04 Yanvar 2021    Oxunub:1599
Azərbaycanda dövlət büdcəsindən beynəlxalq münasibətlər üzrə ayrılan xərclərin təyinatı məlum olub.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanda qeyd olunub.

Fərmana əsasən, bu il üçün dövlət büdcəsindən beynəlxalq münasibətlər bölməsi üzrə 274 milyon 300 min manat vəsait ayrılıb. Həmin vəsaitin 26 milyon manatı beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq, 135 milyon 300 min manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqların saxlanılması, 7 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərin keçirilməsi, 106 milyon manatı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, 10 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün nəzərdə tutulub.

Beynəlxalq, ölkə səviyyəli və digər tədbirlərə isə 96 milyon manat vəsait xərclənəcək.

Azvision.az


Teqlər: Büdcə   Manat   Vəsait   Xərc  






Xəbər lenti