Fransa radiosu: Bakı 20 il əvvəl verdiyi vədi gerçəkləşdirdi
Bildirilib ki, avropalıların təbii qaz təchizatını və onların rus qazından asılılığını azaltmaq məqsədilə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi kəməri ilə Avropaya çatdırılıb.
Verilişdə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən söz açılıb. Avropanın təbii qaz asılılığını azaltmaqla bərabər, havanı çirkləndirən kömür elektrik stansiyalarını qaz elektrik stansiyaları ilə əvəzləmək istədiyi diqqətə çatdırılıb.
Layihənin birinci mərhələsi “Şahdəniz-1” 2006-cı ildə, ikinci mərhələ “Şahdəniz-2”nin istismarı 2018-ci ildə başlayıb. 28 milyard dollar dəyərində olan “Cənub Qaz Dəhlizi” kəməri Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən qaz təchizatını təmin edən üç qaz boru kəməri kompleksindən ibarətdir. 2020-ci ildə tamamlanan layihə ildə 10 milyard kubmetr qazı Avropaya, 6 milyard kubmetr qazı isə Türkiyəyə nəql etməyə imkan verən 3500 kilometr qaz kəmərindən ibarətdir.
Azvision.az
Teqlər: Fransa Radio Qaz Azərbaycan