İstixanaların 30 milyon manatdan çox qaz pulu borcu yığılıb
O bildirib ki, Şəmkir Regional Qaz İstismar İdarəsinin xidmət sahəsinə daxil olan 221 iri və fərdi istixananın 9 milyon 223 min civarında borcu yığılıb. "Ümumi borcun 15 milyondan bir qədər artığı Bakı şəhərinin payına düşür. Qalan 2 milyon manat Salyan Regional Qaz İstismar İdarəsinin sahəsinə aid olan istixanalara aiddir".
Qurum rəsmisi bildirib ki, bir neçə ay öncə bəzi istixana sahibləri ilə yığılmış borcların hissə-hissə ödənilməsinə şərait yaradılması məqsədilə razılaşma protokolları imzalanıb: "Beləliklə, razılaşma protokoluna əsasən, hissə-hissə ödənilməli borcun həcmi 8 milyon 104 min manatdan bir qədər artıq müəyyənləşib. Bu məbləğin 984 548 manatı təkcə dekabr ayında ödənilməli idi. Lakin dekabr ayında ödəniş 419 835 manat olub. Bu isə həmin ay üzrə ödənilməli məbləğin 42,6 %-ni təşkil edir".
Aytən Zəhra
Azvision.az
Teqlər: İstixana







Vaxtında, Aydın, Lazımlı!


