O bildirib ki, 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatdıqdan sonra Qarabağın yenidən qurulması, bərpa edilməsi, bölgəyə yeni nəfəs gətirilməsi üçün Fondun qarşısında böyük işlər durur:
"Müşahidə Şurasının tərkibində olan şəxs kimi görüləcək işlərə töhfə verməyə çalışacağam. Bütün enerjimi sərf edəyəcəm ki, tezlikdə Qarabağımızda yeni həyat qurulsun. Hamımız Azərbaycan xalqı olaraq cənab Prezidentin ətrafında birləşərək bu işi çox uğurlu şəkildə həyata keçirəcəyik. Bunlar qısa müddətdə baş verəcək. 2021-ci il Azərbaycan üçün daha uğurlu olacaq, çünki torpaqlarımızda yenidənqurma, bərpa, qayıdışın həyata keçirilməsi istiqamətində sürətli işlər görüləcək".
|
| Qarabağ Dirçəliş Fondu yaradıldı |
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


