Bakıdan Naxçıvana uçuşlar təxirə salındı

 Bakıdan Naxçıvana uçuşlar təxirə salındı
  05 Yanvar 2021    Oxunub:2360
Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək.
Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək.

“Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilib.

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.

Azvision.az


Teqlər: Naxçıvan   Bakı  






Xəbər lenti