Bakıdan Naxçıvana uçuşlar təxirə salındı
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, hava şəraiti normallaşan kimi bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək.
“Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVID-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaq”, - deyə QSC-nin məlumatında bildirilib.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


