Qazın qiyməti bahalaşmayacaq - RƏSMİ

 Qazın qiyməti bahalaşmayacaq -   RƏSMİ
  05 Yanvar 2021    Oxunub:2321
Xəbər verdiyimiz kimi, yanvarın 4-də Tarif (qiymət) Şurasının iclası keçirilib.

Azvision.az xəbər verir ki, iclasda bir sıra məsələlərə, o cümlədən təbii qazın qiymətinin artırılması məsələsinə baxılıb. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif edib.
Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.

Azvision.az


Teqlər: Tarif-Şurası  






Xəbər lenti