Tibb işçilərinə 1,5 milyon manat əlavə pul ödənildi

Tibb işçilərinə 1,5 milyon manat əlavə pul ödənildi
  05 Yanvar 2021    Oxunub:1029
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata göə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.

Azvision.az



Teqlər: Həkim   Koronavirus  






Xəbər lenti