Hazırda 2 mülki şəxs erməni girovluğundadır - RƏSMİ

 Hazırda 2 mülki şəxs erməni girovluğundadır -  RƏSMİ
  05 Yanvar 2021    Oxunub:5150
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tərdbirlər nəticəsində 12 hərbi qulluqçumuz və 2 mülki şəxs əsirlikdən azad edilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

Onun sözlərinə görə, hazırda 2 mülki şəxs qarşı tərəfdə saxlanılır.

"Azərbaycanda 5 erməni əsilli şəxs saxlanılır. Onlardan 2-si hərbi, 3-ü isə mülki şəxsdir. Onlar barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verilib".

Azvision.az


Teqlər: Əsir   Girov  






Xəbər lenti