Palatanın yeni Strateji İnkişaf Planı təsdiqlənib

Palatanın yeni Strateji İnkişaf Planı təsdiqlənib
  05 Yanvar 2021    Oxunub:1672
Hesablama Palatasının kollegiya iclasında 2021-ci il üçün iş planının layihəsi müzakirə edilib.
Palatanın mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, iclasda 2021-ci il üçün iş planında "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ildə kənar dövlət maliyyə nəzarət tədbirləri və fəaliyyət üzrə hesabat, məlumat, rəylərin hazırlanması, həmçinin fəaliyyətin təşkili üzrə metodiki, maddi-texniki, insan resursları, informasiya təminatı və beynəlxalq fəaliyyət üzrə nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib, layihə kollegiya tərəfindən təsdiq olunub.

İclasda, eyni zamanda, Hesablama Palatasının uzunmüddətli dövr üçün inkişafını müəyyən edən və qurumun müxtəlif göstəricilərə nail olunması üçün baxış, missiya, dəyərlər, aralıq və yekun nəticələrini və fəaliyyət istiqamətlərini əks etdirən mühüm sənəd olan Hesablama Palatasının yeni Strateji İnkişaf Planının (SİP) layihəsi müzakirə edilərək təsdiqlənib.

Yeni Strateji İnkişaf Planı IDI-nın (INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının) İnkişaf Təşəbbüsləri) “Ali Audit Qurumlarının Strateji İdarəetmə Təlimatı” əsasında hazırlanıb. Eyni zamanda, IDI tərəfindən Ali Audit Qurumlarının fəaliyyətinin qiymətləndirilməsi (SAI PMF) adlı proqramın nəticələri, həmçinin əsas maraqlı tərəflərin gözləntiləri təhlil edilərək yeni strateji sənəddə nəzərə alınıb.

Azvision.az



Teqlər: Palata   Büdcə  





Xəbər lenti