“Bahar” yatağında qaz istehsalı artırılacaq

Bildirilir ki, “Bahar” yatağında 2021-ci ildə 243 milyon kubmetr qaz hasilatı gözlənilir. Ötən il üzrə yataqdan qaz istehsalı 231 milyon kubmetr, 2019-cu ildə isə 178,4 milyon kubmetr olub.
Qeyd edək ki, “Bahar” yatağı qaz-kondensat yatağıdır. Bakıdan 40 kilometr cənub-şərq-cənuba doğru dənizdə yerləşir. “Bahar” yatağı 1969-cu ildən sənaye işlənməsinə verilib.
Azvision.az