Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı səhvi düzəltdi - FOTO

   Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı səhvi düzəltdi -    FOTO
  06 Yanvar 2021    Oxunub:2743
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.
Azvision.az xəbər verir ki, başlıqda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərflə - “NKR” (yəni “dqr”) şəklində verilmişdi.

Bir müddətdən sonra texniki səhv düzəldilib və sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiyi kimi qeyd olunub.



Azvision.az


Teqlər: Rusiya   Sülhməramli   Qarabağ  






Xəbər lenti