Rövnəq Abdullayev: “Yeni binalara qaz verilməyəcək”

Rövnəq Abdullayev: “Yeni binalara qaz verilməyəcək”
  14 Fevral 2014    Oxunub:1132
Milli Məclisin bu gün keçirilən iclasında ARDNŞ prezidenti, millət vəkili Rövnəq Abdullayev yeni tikilən binalara qazın verilməməsi səbəbinə aydınlıq gətirib.

AzVision.az-ın məlumatına görə, R.Abdullayev bildirib ki, tikilən binaların layihələrində olan problemlərlə bağlı həmin binalara qaz verilmir.

“MTK-lar həmin binaları satırlar, su, işıq veriləndən sonra qazın olmaması qaldırılır. ARDNŞ-ın “Azəriqaz” İB-nin təhlükəsizlik qaydalarına riayət edilərək, tikilən binalara bir həftə müddətinə qaz vermək imkanı var. Amma bu qaydalara riayət etməyən tikinti şirkətlərinin tikdiyi binalara isə qaz verilməyəcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti