Ermənilərin hərbçimizin nəşini yandırması ilə bağlı cinayət işi açıldı

Ermənilərin hərbçimizin nəşini yandırması ilə bağlı cinayət işi açıldı
  06 Yanvar 2021    Oxunub:3482
Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyənləşdirildiyindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanılıb
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumat veriləcək.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırılmasından ötrü heç bir tədbir görmür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq-mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  






Xəbər lenti