Polietilen torbalarla bağlı xəbərdarlıq: “Cərimələrlə üzləşəcəklər”

Polietilen torbalarla bağlı xəbərdarlıq:  “Cərimələrlə üzləşəcəklər”
  07 Yanvar 2021    Oxunub:1656
Polietilen torbalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq müraciətlər hazırlayır. Müraciətlər aidiyyatı qurumlara göndəriləcək
Azvision.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib. O qeyd edib ki, vətəndaşlar üçün də müraciətlər olacaq.

"Eyni zamanda "Qaynar xətt" fəaliyyət göstərəcək. Vətəndaş bilməlidir ki, hansı məsələdə hansı quruma müraciət edilməlidir".

H.Əlizadə bildirib ki, hələ də bir çox insanlar polietilen torbalarla bağlı dəyişikliyə maraqlı deyil: "Hətta onlara maraqlı deyil ki, alış-veriş etdikləri yerdə hansı qalınlıqda torba veriləcək. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, əks təqdirdə sahibkarlar cərimələrlə üzləşəcəklər”.

Xidmət rəisi onu da qeyd edib ki, cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidir: “Yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almaq lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Polietilen-poket  






Xəbər lenti