Qazinin intihar etməsi ilə bağlı cinayət işi açıldı
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq götürülmüş və təxirəsalınmaz hərəkətlər icra edilib.
Fakt üzrə Bakı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: Qazi Prokurorluq







Vaxtında, Aydın, Lazımlı!


