"Yeni SCADA sistemi qurulmaqdadır" - Pərviz Şahbazov

"Yeni SCADA sistemi qurulmaqdadır" -    Pərviz Şahbazov
  07 Yanvar 2021    Oxunub:1441
Ötən il Azərbaycanın elektrik enerjisi ixracı 1,15 milyard kilovat-saat olub.
Azvision.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

Nazir bildirib ki, hesabat dövründə elektrik enerjisinin ixracı 1,15 milyard kilovat-saat olub. Elektrik enerjisi generasiya güclərinin yaradılması və bərpası sahəsində də iş davam edib.

Belə ki, müvafiq proqramlar çərçivəsində, ümumilikdə 1300 meqavat güc bərpa olunub, 385 meqavatlıq “Qobu” elektrik stansiyasının və yarımstansiyasının tikintisi davam etdirilir. Yeni SCADA sistemi də qurulmaqdadır. Xarici investisiyaların cəlbi ilə istehsal gücü 550 meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür.

Azvision.az



Teqlər: Pərviz-Şahbazov   Energetika  





Xəbər lenti