"200 milyon kubmetr qaza qənaət olunacaq" - Nazir

"200 milyon kubmetr qaza qənaət olunacaq" -    Nazir
  07 Yanvar 2021    Oxunub:1401
Xarici sərmayəyə əsaslanan külək elektrik stansiyası layihəsi ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcək.
Azvision.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

“Qanunvericilik bazasının təkmilləşdirilməsi çərçivəsində dörd yeni qanun layihəsi hazırlanıb. Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının layihəsi üzərində iş aparılır. Elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması ilə bağlı Sizin irəli sürdüyünüz vəzifənin icrası məqsədilə qeyd etdiyiniz kimi, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanıb.

Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcək. Növbəti layihə, “Günəş” layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu il mart ayının 1-dək yekunlaşdırılmalıdır və bu istiqamətdə də işlər aparılır”, - deyə nazir diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Külək   Təbii-qaz  





Xəbər lenti