“Xankəndində bir il mənə yemək vermədilər” - Dilqəm Əsgərov

“Xankəndində bir il mənə yemək vermədilər” -  Dilqəm Əsgərov
  07 Yanvar 2021    Oxunub:2785
"Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində girovluqdan azad olunduq. Mən dövlət başçısına təşəkkürümü bildirirəm. Həmçinin Qələbə münasibətilə xalqımızı təbrik edirəm”.
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərov deyib.

“Mən Ermənistan ərazisinə keçməmişdim. Öz ata-baba yurdumu ziyarətə getmişdim. Onlar məni doğma kəndimdə qeyri-qanuni həbs etdilər və Xankəndinə apardılar. Xankəndində olduğum bir il müddətində mənə yemək vermədilər. Dəmir boşqabda qızdırılmış su və az miqdarda makaron verirdilər. Tutulan vaxt çəkim 100 kiloqramdan çox idi, amma sonradan çəkim 55 kiloqrama düşdü. Taqətim qalmamışdı. Hər dəfə məni aparanda avtomatın qundağı ilə döyürdülər. Elə vaxt olub ki, 15 nəfər məni birdən döyüb. Hamısını saymışam. Bunun hamısı "istintaq" vaxtı olub. Taqətsiz olmuşam, qalxa bilməmişəm. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də yemək gətirilməyib. Bir il müddətində komitənin heç bir köməyi olmayıb. Baxmayaraq ki, mənim bir tərəfim tamamilə iflic olmuşdu. Mənə verilən işgəncələrin hamısını Beynəlxalq Qızıl Xaç Komitəsi bilirdi, ancaq heç bir ölçü götürmədilər”, - deyə D.Əsgərov qeyd edib.

Azvision.az


Teqlər: DilqəmƏsgərov   İşgəncə   Girovluq  






Xəbər lenti