Şahbaz Quliyev: “Ermənilər ciyərlərimi dağıtmışdılar”
“Onların qondarma “milli təhlükəsizlik” qurumu dubinkaları belimizdə qırıb. Mənim gözümün qabağında Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərini qovdular ki, əlimə baxmasınlar. Əlim qırıq idi. Mənə bildirirdilər ki, Dilqəmin dövlət tərəfindən göndərildiyini denən. Amma mən bunu demədim. Məni Şuşaya aparan da yaxşı baxmırdılar. Bizi kamerada bağlamışdılar ki, oturun burada”, - deyə Ş.Quliyev bildirib.
O, məruz qaldığı işgəncələrdən söz açaraq qeyd edib: "Başımın sümüyünü, qolumu qırdılar, qarnıma vurmaqdan pis gündə idim. Hər gecə dubinka ilə döyürdülər, eybəcər səs verirdilər, qulağım batırdı. Biz yaxınlarımızı ziyarətə getmişdik, amma onlar bizi diversant kimi qələmə verirdilər".
Azvision.az
Teqlər: ŞahbazQuliyev girov







Vaxtında, Aydın, Lazımlı!


