“İrəvanda başıma sellofan torba salıb boğurdular” - Dilqəm Əsgərov

 “İrəvanda başıma sellofan torba salıb boğurdular” -   Dilqəm Əsgərov
  07 Yanvar 2021    Oxunub:5230
"Müahirəbənin başlamasını bilirdik. Artilleriya səsləri yaxınlaşırdı".
Azvision.az xəbər verir ki, bunu erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib. O bildirib ki, Azərbaycan Ordusunun yaxınlaşmasını görən ermənilər öz məhbuslarını Şuşa həbsxanasından köçürüblər:

"Amma bizi aparmadılar. Bizim gündüz gəzintimizi ləğv etdilər. Artıq o gündən bizi həyətə gəzməyə çıxarmadılar. Azərbaycanın artilleriya atəşi nəticəsində mərmi Şuşa həbsxanasının qarşısına düşdü. Ermənilər artıq qorxuya düşmüşdülər. Bizə psixoloji təsir etməyə çalışırdılar. Amma biz sevinirdik, bilirdik ki, Azərbaycan əsgərləri torpaqları azad edir. Həbsxanada rəis bizi qorxudurdu. Amma biz bilirdik ki, onlar qorxudan bizə təsir etmək istəyirdilər".

D.Əsgərovun sözlərinə görə, bir neçə gün sonra əsgərlərimizin Şuşaya daxil olduğunu bilib.

"Dərhal bizi maşına mindirib, Şuşadan Gorusa apardılar. Bizimlə birlikdə bir azərbaycanlı əsiri də apardılar. Amma sonradan onu yoxa çıxardılar. Mənə badalaq verib yerə yıxdılar, təpiklədilər. Sonra apardılar İrəvana. Orada paltarlarımı soyundurdular, başıma sellofan torba salıb boğurdular. Daha sonra İrəvan həbsxanasına apardılar. Nəzarətçilər qapını qaynaqladılar. Yalnız nəfəslik açıq qalırdı. Həmin şəxslər nəfəslikdən bizi söyürdülər. Bizi sonra yenidən qaytardılar Gorusa. Bir neçə gün qalandan sonra ruslara təhvil verdilər və Bakıya göndərdilər".

Azvision.az


Teqlər: Dilqəm-Əsgərov  






Xəbər lenti