Təqaüdlərin artırılması 100 minədək insanı əhatə edir
Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb: “Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. Sizin Sərəncamınızla yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub, onun da məbləği 2000 manat olaraq müəyyən edilib.
Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. Burada müxtəlif kiçik məbləğli müavinətlər və pensiya əlavələri vahid təqaüd məbləğində birləşdirilib və məbləğlər artırılmaqla bu rəqəmlər təsdiqlənib”.
Azvision.az