57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib olunub

57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib olunub
  07 Yanvar 2021    Oxunub:1531
Fermerlərin təbii fəlakətdən və digər risklərdən qorunması üçün aqrar sığorta sistemi formalaşdırılıb. Ötən ilin noyabrından heyvandarlıq və bitkiçilik sahəsi üzrə sığorta məhsulu fermerlərə təqdim edilib. Su məsələləri komissiyasının koordinasiyası ilə fermerlərin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə tədbirlər davam etdirilib.
Azvision.az xəbər verir ki, bu sözləri yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə mövcud suyun ədalətli və vaxtında bölüşdürülməsi üçün 57 rayon üzrə 674 mindən çox su qrafiki tərtib edilib və nazirlik tərəfindən dərc olunub. Hazırda payızlıq əkinlərin su tələbatının formalaşdırılması üzrə işlər davam etdirilir.

Azvision.az



Teqlər: Su   KTN  





Xəbər lenti