“Belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”
Dövlətimizin başçısı deyib: “Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər. Gələcəkdə bu məsələyə də baxılacaq. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”.
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədini tamamilə bərpa etdiyini deyən Prezident qeyd edib ki, 132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb. “Mən Xudafərin körpüsünə gedərkən bildirmişdim ki, bu sərhəd dostluq sərhədidir. Həqiqətən belədir. Amma sərhəd sərhəddir və sərhəd infrastrukturu mütləq yaradılmalıdır. Bu məsələlər üçün də vəsait ayrılmalıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident







Vaxtında, Aydın, Lazımlı!


