“Heç vaxt ümidimi itirməmişdim”- Şahbaz Quliyev

   “Heç vaxt ümidimi itirməmişdim”-    Şahbaz Quliyev
  07 Yanvar 2021    Oxunub:2188
“Bu haqda bir dəfə də demişdim ki, cənab Prezidentin sayəsində bu gün öz Vətənimdəyəm, ölkəmizə sağ-salamat qaytarılmışam”.

Bunu Azvision.az -a açıqlamasında erməni girovluğunda olmuş Şahbaz Quliyev deyib. O qeyd edib ki, girovluqda saxlanılan zaman saysız işgəncələrə məruz qalıb:
“Təbii ki, bu illər ərzində hər cürə işgəncələrlə üz-üzə qalmışdıq. Ötən il Ermənistan ordusunun məğlubiyyətindən sonra məlum hadisələr baş verdi və mənim də digər əsir, girovlar kimi doğma ölkəmə dönüşüm təmin edildi. Ali Baş Komandanın da dediyi kimi dəmir yumruğumuzun sayəsində, onların ordusunu darmadağın edərək həm qalib olduq, həm də ərazi bütövlüyümüz bərpa edildi. Bir daha cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Tək mən yox, ümumilikdə yaxınlarım da ölkə rəhbərinə dərin təşəkkürünü bildirir. Heç vaxt ümidimi itirməmişdim, nə vaxtsa əzizlərimə qovuşacağıma inamlı idim”.

Tural Tağıyev
Azvision.az


Teqlər:






Xəbər lenti