TƏBİB-dən vaksinlə bağlı yeni açıqlama
TƏBİB rəsmisi deyib ki, hazırda Türkiyədən peyvəndlərin gətirilməsi daha real görünür.
“Biz eyni zamanda GAVI (Global Alliance for Vaccines) təşkilatı ilə saziş imzalamışıq. GAVİ-dən əhalimizin 10 faizini peyvənd edə biləcək qədər vaksinlər alacağıq. GAVİ tərəfindən bizə hansı peyvəndlər veriləcək? Bizdə hələlik bu barədə məlumat yoxdur. Amma əlçatanlıq, zaman məsələsi var. GAVİ-dən aprel ayında peyvənd gözləyirik, onda da qış keçmiş olacaq. Avropa ölkələrində peyvəndləmə başlanıb. Biz də bu ölkələrin sırasında olmaq istəyirik. Gələcəkdə əminəm ki, seçim daha çox olacaq”, - deyə Y.Qarayeva vurğulayıb.
Azvision.az
Teqlər: TƏBİB







Vaxtında, Aydın, Lazımlı!


