
Kursu bitirdiyi ay Vətən müharibəsi başladı.Vüsal həmlə taborunda xidmət edirdi. Goranboyun Gülüstan kəndində şiddətli döyüşlərdə iştirak etmişdi. Hətta 12 saat mühasirədə qalmışdı. Vüsalgil erməni mövqelərinə atəş açmışdılar. Düşmən cavab verməmişdi. Bizim əsgərlər elə bilmişdi ki, düşmənin mövqeyi artıq boş qalıb. Həmin mövqeyə yaxınlaşanda ermənilər artilleriya silahlarından onları atəşə tutmuşdular. Xoşbəxtlikdən yeznəm yüngül yaralanmışdı.
Sonuncu döyüşü sentyabrın 30-da Talış kəndi istiqamətində baş verib. Yaxınlığa düşən minaatan mərmisi Vüsalı maşına cırpıb. Aldığı zərbədən sonra yaddaşını itirdi. Heç nəyi, müharibədə iştirak etməsini, komandirinin kim olmasını belə xatırlamırdı. Sadəcə deyirdi ki, mən döyüş yoldaşlarımı qoyub gəlmişəm. Gecələr yatmırdı, özünə qapanmışdı. Ancaq uşaqlarını tanıyırdı, yoldaşının adını bilirdi. Amma tam yada sala bilmirdi.

Yaralananda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olundu. Daha sonra Vüsalı 15 günlük məzuniyyətə buraxdılar. Psixoloji durumu yerində deyildi, yaddaşı pozulmuşdu. Gecələr “vurun” deyə qışqırırdı. Hətta evdə olduğu vaxtda intihara cəhd etmişdi. 22 ağrıkəsici dərmanı birdəfəyə içmişdi.
Dekabrın 7-də 15 günlük məzuniyyəti bitdikdən sonra onu yenidən hospitala qaytardıq. Orada psixoloji durumunun yerində olmadığını bildirdik. Psixiatriya şöbəsində qaldı. Həkim polkovnik Rəşidə vəziyyətini izah etmişdik. Dünən isə intihar xəbərini eşitdik. Əvvəllər heç bir pozuntusu, narahatlığı olmayan adam idi. Həkim komissiyasından yeni keçib ordu sıralarına qatılmışdı”.
Şahanə Rəhimli
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


