Daşkəsəndə karantini pozan 208 nəfər məsuliyyətə cəlb edildi

Daşkəsəndə karantini pozan 208 nəfər məsuliyyətə cəlb edildi
  08 Yanvar 2021    Oxunub:1695
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki reydlər və digər tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, mütəmadi keçirilən tədbirlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 208 vətəndaş barəsində müvafiq qanunlara uyğun tədbir görülüb.

Aparılan araşdırmalarla altı iaşə obyektinin karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Rayon polis şöbəsinin əməkdaşları həmin obyektlər barədə qanunamüvafiq tədbir görüblər. Həmçinin koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq, yaşayış yerini tərk edən iki nəfər barədə rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti