Təmir olunan vaqonların sayı artıb

Təmir olunan vaqonların sayı artıb
  08 Yanvar 2021    Oxunub:2054
Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və "ADY Express" MMC-nin balansında olan "Şərq" vaqon deposu 2020-ci ilə artımla yekun vurub. Depoda Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün yük vaqonlarının cari və depo təmirləri həyata keçirilir.
"ADY Express"dən Azvision.az -a verilən məlumata görə, 2020-ci ildə depoda təmir olunan vaqonların ümumi sayı 1091 ədəd təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 70% çoxdur. Ən yüksək göstərici ötən ilin noyabr ayında qeydə alınıb – 147 vaqon. Ötən il təmir olinan yük vaqonları arasında 229 ədəd çən vaqon, 204 yarımvaqon, 219 örtülü vaqon, 218 refrejirator, 219 platforma və 2 taxıldaşıyan vaqon təşkil edib.

Qeyd edək ki, hazırda depoda mərhələli şəkildə təmir bərpa işləri aparılır. Deponun yenidən qurulması və onun müasir mühəndis və texnoloji avadanlıqlarla təchiz olunması, Azərbaycanda mövcud olan vaqon parkına daxil olan bütün növ yük vaqonlarının təmirin aparılmasına xidmət edəcək.

Deponun yenidən qurulması konsepsiyası, istehsal prosesinin dayandırmamaq şərti ilə maksimal dərəcədə mövcud tikililərin və qurğuların saxlanılması nəzərə alınmaqla hazırlanıb. Beləliklə, hazırda "Şərq" vaqon deposunda yenidənqurma işləri ilə paralel olaraq texnoloji proses – vaqonların təmiri işləri davam etdirilir.

Azvision.az



Teqlər: ADY  





Xəbər lenti