“Süni narazılıqlar və problemlər yaradırlar” - BNA sədri

“Süni narazılıqlar və problemlər yaradırlar” - BNA sədri
  08 Yanvar 2021    Oxunub:3175
Düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq, daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər.

Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş zamanı bildirib.
Qeyd olunub ki, vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də “BakıKarta” keçid prosesini gecikdirmək məqsədilə süni narazılıqlar və problemlər yaradırlar.

Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.

BNA sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.

Azvision.az


Teqlər: BNA   Qiymət-artımı  






Xəbər lenti