Məcburi köçkünlərə verilən evlərin aqibəti necə olacaq? - AÇIQLAMA

 Məcburi köçkünlərə verilən evlərin aqibəti necə olacaq? -   AÇIQLAMA
  08 Yanvar 2021    Oxunub:2458
Bu günə qədər ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və hündürmətəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 65 min məcburi köçkün və qaçqın ailəsi həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin olunub.
Azvision.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, həmin qəsəbələr dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir: “Mənzillər məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə verilib. Dövlət başçısının son müşavirədə dediyi kimi, bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq. Məcburi köçkün və qaçqınların ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı və yaşamı dövlət tərifndən ən yüksək səviyyədə təmin olunacaq”.

F.Hüseynov, həmçinin qeyd edib ki, həmin mənzillərin gələcək aqibəti Prezidentin qərarlarına əsasən, məlum olacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qaçqınkom  






Xəbər lenti