30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
  08 Yanvar 2021    Oxunub:1866
Ötən il xidməti fəaliyyətlində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a bildiriblər ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev yanvarın 8-də keçirilən əməliyyat müşavirəsində deyib.

Kamran Əliyev vurğulayıb ki, onların 2-si prokurorluq orqanlarından xaric olunub, 8 nəfər vəzifəsindən azad edilib. Həmçinin 15 nəfərə töhmət və ya şiddətli töhmət verilib, 5 nəfər barəsində isə digər intizam tənbehi tədbiri tətbiq olunub.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə keçirilən müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Azvision.az


Teqlər: Prokurorluq  






Xəbər lenti