Prokurorluq: 180 cinayət işinin istintaqı tamamlanıb

      Prokurorluq:    180 cinayət işinin istintaqı tamamlanıb
  08 Yanvar 2021    Oxunub:3550
Keçən il korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Azvision.az



Teqlər: Prokurorluq   Korrupsiya  






Xəbər lenti